Gəncədə Seçkidə Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib. Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin nümayəndələrinin eləcədə 29 Dairə seçki komissiyanın sədrlərinin, rayon polis idarələrinin əməkdaşlarının iştirak etdiyi seminarda parlament seçkiləri ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayrıldığı vurğulanıb. Regionlarda keçirilən belə seminarların əsas məqsədi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir.Ölkədə seçkilərin keçirilməsi sahəsində böyük təcrübənin qazanıldığını diqqətə çatdıran natiqlər milli məclisə seçkilərin də əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliyi ifadə ediblər. Seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Qabil Orucov Mərkəzi Seçki Komissiyasının üzvü: Polis orqanları istər seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar, istərsədə digər fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyi ilə əlaqədar seçki qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr həyata keçirirlər. Artıq Azərbaycan Respublikasında seçki proseslərində polis qanun verciliklər onun üzərinə düşən vəzifələrin öhdəsindən tam layiqincə gəlir.
- Baxış: 625