• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 24.01.2020 15:45

Seçki mübahisələrinin məhkəmə qaydasında həlli müzakirə edilib

KepezTV Player

Gəncədə Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəməsi ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirilib. Tədbirin keçirilməsində məqsəd 2020-ci il fevralın 9-na təyin edilən Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılmasıdır. Bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması seminarda əsas hədəf olaraq müəyyən edilib.