Bu gün cəmiyyətdə sükan arxasında əyləşən qadınların sayı getdikcə artmaqdadır. Mütəxəssislər bildirirlər ki, kişilər qəzaların çoxunu ehtiyatsızlıq, özlərinin və avtomobilin imkanlarını qədərindən artıq qiymətləndirmələri ucbatından, yaxud da yol hərəkəti qaydalarına riayət etməmələri səbəbindən törədirlər. Qadınlarda isə qəzaların səbəbi çox vaxt həddən artıq ehtiyatlılıq, xırdaçılıq, öz imkanlarını aşağı qiymətləndirmə və təcrübə çatışmazlığından ibarət olur. Bəs görəsən yol qaydalarını daha çox qadınlar, yoxsa kişilər pozurlar?
Bəzi kişilər iddia edirlər ki, avtomobil sürmək və onu təhlükəsiz idarə etmək yalnız güclü cinsin nümayəndələrinə məxsusdur, qadınların sükan arxasında oturması isə təhlükəlidir. Amma zaman ötdükcə belə iddialarda olanların sayı azalmaqda, zərif cins isə avtomobil aləmində öz yerini tutmaqdadır:
Gülnur İbrahimova
- Baxış: 526