Keçmişdən gələcəyə körpü rolunu oynayan hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhəri xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən, yaşayış yerləri, möhtəşəm binalar,məqbərələr,kilsələr və məscidlərlə zəngindir. Onlardan biri də Gəncənin girişində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin şərəfinə ucaldılan məqbərədir. Abidənin tarixi qədim zamanlara söykənsə də sonradan illər bu böyük tikiliyə də öz təsirini göstərir və məqbərə bir neçə dəfə restavrasiya olunmağa məruz qalır. Hazırda bu məbədə çoxlu sayda turist axını olur.
1879-cu ildə Seyid Əzim Şirvani Nizami Gəncəvinin məqbərəsini ziyarət edir və onun acinacaqlı vəziyyətindən təsirlənərək bu şeiri qələmə alır.
Tarixlə müasirliyin qovuşduğu Azərbaycanın milli ruhunun aynası sayılan Gəncə şəhərində hazırda restavrasiya olunan 151 tarixi abidə öz əksini tapır. Onlardan biri də 1606-cı ildə böyük səfəvi hökmdarı 1-ci Şah Abbasın Əmri ilə inşa olunan Gəncə Cümə məscidi kompleksidir.
Hər bir xalqın qədimliyi həm də onun əsrlər boyu yaratdığı abidələrində yaşayır. Bu mənada babalarımızın əziz yadigarlarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qorumaq, gələcək haqqında düşünmək deməkdir.Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir.
Gülnur İbrahimova
- Baxış: 1147