İri və xırda buynuzlu heyvanlar üzərində elmi təcrübələr aparmaq üçün şərait yaxşılaşdırılır. Heyvandarlıq Elmi-Tədqiqat İnstitunda maldarlıq kompleksinin inşası heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı yüksəltmək üçün imkanları artırır.
Hazırda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 cinsdən olan 50 baş iri buynuzlu heyvan saxlanılır. Heyvanlar üzərlərində aparılan araşdırmalar onların məhsuldarlıq istiqaməti və adaptik xüsusiyyətlərini öyrənməyə imkan verir. Laborator şəraitdə aparılan işləri heyvandarlıq kompleksinin olmaması bir qədər çətinləşdirir.
Zahid Tağıyev - kiçik elmi işçi: Yaradılan laboratoriyalara avadanlıqlar yeni gətirilib. Bu laboratoriyaların cihazları vastəsi ilə istənilən analizləri aparmaq mümkündür. Heyvanların baxım şəraiti əlverişli deyil. Bu da yeni təsərrüfatın yaradılmasına zəmin yaradır. Avtomatlaşdırılmış mexanizmlər sayəsində, heyvana qulluq baxımından işlər yaxşı olduqdan sonra tədqiqatlarımız da dəqiq nəticələr verəcək.
Nəticənin əldə edilməsi üçün İnstitutuda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 100 başlıq maldarlıq kompleksinin inşasına başlanılıb. Bünövrəsi qazılıb və beton tökmə işlərinə hazırlıq aparılır. Ərazidə buzovların saxlanması ilə yanaşı südün yığılması da mümkün olacaq. Quraşdırılacaq müasir avadanlıqlar kompleksdə işlərin avtomatlaşdırılmasına imkan verəcək.
Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: Fermerə biz müasir təlabata cavab verən və iqlim şəraitinə uyğun, qərb regionu üçün hansı heyvan cinsi səmərəlidir onları araşdırıb təqdim edirik. Fermerin damazlıq materialla təmin olunması istiqamətində işlər aparılacaq ki, fermer əziyyət çəkməsin. "Alimlər fermerin yanında" layihəsinə də Aqrar Elm və İnnovasiya Mərkəzində artıq start verilib. Maddi texniki baza gücləndikdən sonra fermerlərə burada daima ixtisaslarının artırılması kursları da təşkil olunacaq.
iri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamərində də elmi tətqiqatlar aparılacaq. Xarici cinslərin yerli iqlimə uyğunlaşdırılması avtomatlaşdırılmış qaydada öyrəniləcək.
Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: Heyvanın ayaqlarına, boğazına pedometr bağlanacaq. Bu isə heyvanın ümumi fizioloji durumunu, yemə olan tələbatını və boğazlıq müddətini daha tez təyin etmətə imkan verir.
İnistitutun ərazisində 1000 başlıq xırda buynuzlu heyvan üçün də kompleks inşa ediləcək. 3 haktar sahəni əhatə edəcək kompleksdə xaricdən gətirilən qoyun cinsləri yerli şəraitdə bəslənəcək. Bu heyvanların cins tərkibinin yaxşılaşdırılması, təsərrüfatlarda olan heyvanların məhsuldarlığının artırılmasına kömək olacaq. Burada yeni laboratoriyalar da olacaq. Hər iki kompleksin inşasının bu ilin sonuna yekunlaşdırmaq planlaşdırılırb.
Elnur Vahidoğlu
- Baxış: 343