Səfərlərinə əksər gəncəlilər kimi Gürcüstandan start verən Jalə Ələkbərova 7 il ərzində 25 ölkəyə səyahət edib. Bu günədək İtaliya, Yunanıstan, Portuqaliya, İspaniya, Misir, Niderland, Hindistan və digər fərqli istiqamətlərə yola düşüb. Səfərlər zamanı sözsüz ki, həm müsbət, həm də mənfi hadisələrlə, üz-üzə qalıb.
Jalə Ələkbərova səyyah-bloger:12-də Makedoniyadan çıxmışam və inanıram ki, səhər 8-də Sofiada olacam. Səhər 6-da oyandım ki, hamı düşüb ətrafda heç kim yoxdu...
Səyyah-bloger təxminən 3 ildir ki, sosial şəbəkələr vasitəsilə səfər etdiyi ölkələr barədə maraqlı məlumatlar, görüntülər paylaşır. Rahat və sərfəli səyahətin sirrlərini izləyiciləri ilə bölüşür. İstənilən halda, Ələkbərovanın professional karyerasının blogerliklə əlaqəli olmaması səfərlər üçün lazımi vəsaitin hardan gəldiyi sualını doğurur.
Jalə Ələkbərova səyyah-bloger:Mütəmadi olaraq, yaxşı şəxsi büdcəmlə, ya da müxtəlif layihələr vasitəsilə səyahət etmişəm...
Fərqli ölkə mədəniyyətləri ilə tanışlıq, Avropalı dostlar gəncəli səyyahın səfərlər zamanı qazandığı ən böyük mükafatdır. Bloger-səyyahın hədəfi gələcəkdə daha fərqli istiqamətlərə Asiya ölkələrinə, Amerikaya yola düşməkdir.
Jalə Ələkbərova səyyah-bloger: Son səyahətim İordaniya idi. Dünyanın 7 möcüzəsindən biri Petranı görməyə getmişdim...
Jalə Ələkbərova səfər etdiyi ölkələri səmimi formatda “uzaqsahillərdə.az” veb saytı, eyniadlı youtube kanalı və facebook vasitəsilə ilə təqdim edir.
- Baxış: 396