Göygöldə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Polis əməkdaşları narkotik vasitənin alqı-satqısı ilə məşğul olan 4 nəfəri saxlayıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman Baxşəli Mürsəqulovun üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.022 qram, Xəyal Əsgərovun üzərindən isə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.076 qram olan “heroin” aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib və həmin şəxs də saxlanılıb.
Nəriman Məmmədzadə Göygöl RPŞ-nin Sarısu polis bölməsinin rəisi: Rayon polis şöbəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümdə ümumi çəkisi 0.111 qram kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan “metamfetamin” və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.791 qram kustar üsulla hazırlanan aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı Mahir Məmmədov narkotik vasitələri satmaq məqsədi Rəşad adlı Gəncə şəhər sakinindən aldığını deyib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov da Gəncədə saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 4 ədəd sellofan bükümdə ümumi çəkisi 3.458 qram “heroin” aşkar olunub. Ona məxsus “NİVA” markalı avtomobildən isə ümumilikdə 299 ədəd müxtəlif adda narkotik vasitə hesab edilən dərman həbləri, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.822 qram narkotik vasitə olan “heroin” və 3 ədəd sellofan bükümdə ümumi çəkisi 1.168qram psixotrop maddə hesab edilən “metamfetamin” aşkar olunub.
Mahir Məmmədov saxlanılan şəxs: Tutdular üzərimdən həm kakos və şüşə çıxdı. Ozüm həm istifadə edən həmdə satanıyam.
Rəşad Hüseynov saxlanılan şəxs: 2 qram ona mal verdim. 100 manat mənə pul verdi. Mən də dedim bunu özümə alıram. Özüm üçün gətirirəm ağırlarım olur. İçirəm ağrılarım keçsin. Bərdədə mal bazarından narkoman olur deyirsən alıb verir.
Saxlanılan şəxslərin barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Polis əməkdaşları faktlarla bağlı araşdırmaları davam etdirir.
Natiq Hüseyn
- Baxış: 1181