KepezTV Player
Zaqatalada fərdi yaşayış evində partlayış olub. Hadisə Zaqatala şəhəri İmam Şamil küçəsindəki evlərin birində baş verib. 92 yaşlı Asiyə Məmmədova özünə məxsus yaşayış evində qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış olub. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaşlı qadın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib. Onun evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 534