Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçridikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Sabunçu Rayonu Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov 0,7 qram heroini şərti alıcıya 50 manata satmaq istəyən zaman saxlanılıb. Onun yaşadığı evdə də külli miqdarda narkotik vasitə gizlətdiyi müəyyən olunub. Sözügedən şəxsin Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 115 qram heroin aşkar olunaraq götürülüb. Məlum olub ki, Dadaşov narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
- Baxış: 431