KepezTV Player
Azərbaycanda taxıl istehsalı artıb. “Ötən il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da ötən ilə nisbətən 6,9% çoxdur”. Kənd təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə, buğdanın məhsuldarlığı təxminən 32,4% sentner təşkil edib. Pambıqçılıqda ümumi məhsul artımı 26,4% olub, günəbaxan istehsalı 43,3%, kartof istehsalı 11,7%, tərəvəz 12,17%, bostan məhsulları 11,4% və meyvə-tərəvəz istehsalı isə 8,8% artıb. Əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir.
- Baxış: 861