Yuxunun normadan az qəbul edilməsi insan sağlamlığı üçün olduqca təhlükəli faktordur. Mütəxəssislərin sözlərinə görə, sözügedən təbii ehtiyacın tam ödənməməsi immun sistemini zəiflədir, psixofizioloji sağlamlığın pozulmasına gətirib çıxarır.
Arzu Quliyeva psixoterapevt: Alimlərin araşdırmasına görə, insan qidasız 10 gündən artıq qala bilər. Amma 7-10 gündən artıq tam yuxusuzluq ölümlə nəticələnir...
Ramiz Hüseynov neyrocərrah: Düzgün olmayan yuxu rejimi psixoloji problemlərə yol aça bilir...
Araşdırmalara görə, bu gün nevroloji xəstəliklər, düzgün olmayan həyat tərzindən daha çox emosional stress vəziyyətindən dolayı yuxu rejimi pozulur. Bu hal isə xüsusilə, gənc və yeniyetmələr üçün təhlükəli sayılır.
Arzu Quliyeva psixoterapevt: Bir neçə prosedurlar var ki, insan onları yerinə yetirsə, yuxu rejimi normallaşar..
Əslində, düzgün yuxu rejimi individualdır, bədənin tələbatına, yaşa görə dəyişir. Önəmli olan gecə yuxusunu normal qəbul edib, ideal yuxu saatları aralığında, axşam 10, səhər 7 arası yatmaqdır.
- Baxış: 334