Azyaşlıların ağır cinayətlərdə iştirakı, intihar kimi neqativ halların artması, uşaqlar tərəfindən törədilən əməllərin təhlili orta məktəb şagirlərinə daha yüksək keyfiyyətdə psixoloji xidmətin göstərilməsinin vacibliyini ön plana çəkir. Ümumtəhsil müəssisələrində bilik və bacarığı yetərli olmayan, qeyri-ixtisaslı şəxslərin bu vəzifəni icra etməsi isə vəziyyəti daha da qəlizləşdirir. Diaqnostik qiymətləndirmənin aparılması neqativ halların da qarşısının alınmasına xidmət edir.
Təhsil Naziriliyi tərəfindən keçirilən məktəb psixoloqlarının diaqnostik qiymətləndirilməsi müəyyən nəticələri aşkara çıxardı. Ölkənin ümumtəhsil müəssisələrdə fəaliyyət göstərən psixoloqların bilik və bacarıqları onlara təqdim olunan 60 tapşırıq ilə test olunub.
Günel Paşayeva - psixoloq: İmtahanda verilən suallar yalnız teoritik deyildi, praktik suallar da yer alırdı... Həyəcan, stress səbəbindən aşağı nəticə göstərənlər də oldu.
Sözügedən imtahanda qərb bölgəsi üzrə ən yüksək nəticəni 52 balla Aygün Əliyeva əldə edib. Telefon bağlantısı...
Məktəblərdə sadəcə bir müddətlik ixtisasartırma kurslarında iştirak edən, qeyri-ixtisaslı şəxslərin psixoloq kimi çalışması da yolverilməz hesab edilir. Məsuliyyətli vəzifəyə yalnız baza təhsili olan kadrların qəbulu bu istiqamətdə müsbət nəticələr verə bilər.
Günel Paşayeva - psixoloq: Psixoloqlar sertifikatlı işləsələr daha yaxşı olar. Onların praktik psixologiya ilə bağlı sənədlərinin olması vacibdir...
Məktəblərdə savadlı, ixtisaslı psixoloqların olması həqiqətən çox müsbət haldır. Yetər ki, həmin psixoloqlar öz işlərinə məsuliyyətlə yanaşıb uşaqlara, daha dəqiq desək cəmiyyətimizə həqiqətən fayda vermək istəsinlər.
- Baxış: 553