KepezTV Player
Goranboy rayonunda 30 yaşlı kişi əmisi oğlu tərəfindən bıçaqlanıb.Meşəli kənd sakini Sənan İsmayılov 2 bıçaq xəsarəti ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qarın və bud nahiyələrindən xəsarət alan yaralının müsalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 25 yaşlı Qafar Hüseynzadə isə saxlanılıb. Mübahisənin söyüş üstə yarandığı və bıçaqlanma ilə yekunlaşdığı deyilir. 30 yaşlı kişi əmisi oğlu tərəfindən bıçaqlanıb. Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 592