Şəmkirdə qadın keçmiş ərinin mal-qarasına qənim kəsilib. Qadın əməlini gecə saatlarında reallaşdırıb. Bu azmış kimi evdə valideynlərini də aldadaraq heyvanların ona hədiyyə verildiyinə inandırıb. İsti izlərlə üstü açılan oğurluq hadisəsi barədə videomatetrailda tanış olacaqsız.
Gədəbəy sakini Yaqub Tağıyev Şəmkir rayon polis şöbəsinə ərziə ilə müraciət edərək fermadan 5 baş iribuynuzlu heyvanın oğurlandığını qeyd edib. Dərhal əməliyyat axtarış təbdilərinə başlayan polis əməkdaşları cinayətin üstünü operativ formada aça bilib. Məlum olub ki, kişinin mal-qarasına göz tikən heç də yad adam deyil.
Elvin Gözəlov baş müstəntiq: Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus həmin 5 baş heyvanı onun keçmiş həyat yoldaşı İsmayılova Xəyalə Fazil qızı oğurlayıb. Xəyalə İsmayılova şöbəyə dəvət olunaraq onunla proflaktiki söhbət aparılıb və söhbət zamanı onun oğurladığı həmin heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb.
Polis tərəfindən ifadəsi alınan Xəyalə İsmayılova cinayəti törədən zaman evdə heç kimin olmamasından xəbərdar olduğunu və bu səbəbdən də heyvanları rahatlıqla oğurlayıb ata yurduna apardığını deyib. Bir müddət mal-qaranı orada saxlayan qadın sonradan heyvanları bazarda tanımadığı şəxslərə satıb.
Xəyalə İsmayılova saxlanılan şəxs: Axşam üstü saat 7 olardı getdim heyvanları haylayıb qapıya gətirdim. Evdəkilər üç başını satandan sonra bildilər. İki başını aparanda dedim yoldaşım verib satıb evimizi düzəltdirəcəm.
Xəyalə İsmayılovanın barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.
Natiq Hüseyn
- Baxış: 709