Heç ürəyinizdə də danışmırsız özünüzlə, daxili dialoqunuz olmur?
Hər bir insan özü ilə dialoq qurur. Çünki, insan bəzi insanlara qarşı olan fikrini, düşüncəsini, bəzən səmimiyyəti olmadığı üçün, bəzən çəkindiyi, bəzən isə düzgün olmadığı üçün birbaşa hansısa insana deyə bilər. Ən gözəl qərarları özü ilə düşünüb verir. Necə ki, dostumuzla düşünürük, danışırıq və qərarı sonra veririk. Psixoloq Taciyə Mehdisoyun sözlərinə görə, “İnsan özü öz daxilində də onun doğruları, yalnışları gələcəklə bağlı istəkləri qarşı tərəf haqqında fikirlər olduğu üçün öz daxilinə yönəlib özü ilə danışır. Amma bu aşırı olduqda insanlarda psixoloji, hətta psixiatrik baxımından problemlər ortaya çıxır. Yəni psixiatrik problemlərin göstəricisi kimi də ortaya çıxmış olur. Eyni zamanda psixoloji narahatlıqlardan xəbər verir. “
Mütəxəssislər bildirir ki, özünə qapanma olan yerdə psixoloji durumun yaxşı olmasından danışmaq olmaz. Məhz bu səbəbdən daxili nitqə meyllənmək olmaz.
Bu daxili dialoqun olması, insanın özü-özü ilə nəyi isə götür-qoy etməsi, analiz etməsi sizcə yaxşıdır?
Bəzi problem və ya gündəlik məsələləri dərk etmək, özümüzü sakitləşdirmək, qərar qəbul etmək üçün öz-özümüzə düşünməliyik. Franklin Consun da dediyi kimi, özümüzlə söhbətləşməyin ən yaxşı tərəfi odur ki, ən azından bizi dinləyəcək birinin olduğunu bilirik.
- Baxış: 707