Ölkədə elektron kənd təsərrüfatı sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Bunun üçün əvvəlcə mövcud torpaqların qeydiyyatı aparılıb. İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samuxda 6152 fermer əkinlərini bəyan edib. Payzılıq əkin olunan sahə ümumilikdə 13 min hektarı əhatə edir. Ötən ilin noyabrından başlanılan prosesin başa çatmasına sayılı günlər qalıb. Sənədlərin təsdiqi başa çatdıqdan sonra subsidyalar hesablancaq. Əvvəlki illərdən fərqli olaraq bu il fermerlər həm əkidkləri məhsula, həm də torpağa subsidya ala biləcəklər. Nəzərdə tutulan müddətdə bəyan edilməyən torpaq sahələri bu ilin mart-aprel aylarında yazlıq əkin mövsümünə hazırlanacaq. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, samuxlu fermerlər taxıl və yonca əkininə daha çox maraq göstərirlər. Rayonda ümumilikdə 25 min hektar əkinə yararlı torpaq sahəsi var.
Rahil Həsənov Samux DAİM-nin direktoru: Samux rayonunda 2019-cu ildə subsidyaya müraciət edən 7394 nəfər olub. Bu gün özü öz təşəbbüs üilə və bizim operatorlar tərəfindən qeydiyyatdan keçən istehsalçılarının sayı 8394 nəfərdir. Bu mənada sonradan sənədləri düz olmayan olacaq və bu say sonrdan dəqiqləşəcək.
Natiq Hüseyn
- Baxış: 347