• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 31.12.2019 20:38

Gəncənin teatrları bayram günlərində balacaları sevindirir

KepezTV Player

Gəncə Dövlət Dram Teatrının kollektivi bayram günlərində balacalar üçün “Yeni il möcüzəsi” adlı tamaşa hazırlayıb. Hər il olduğu kimi bu ildə tamaşa maraqlı və rəngarəngdi. Ağəddin Babayevin eyni adlı əsəri əsasında hazırlanan bu tamaşaya qurluşu teatrın aktyor və rejisoru Elşad Əhmdəov verib. Vahab Cəfərovun rəssamı olduğu səhnə əsərində əsasən teatrın gənc aktyorları rol alıb. Yeni janrda olan tamaşada səhnə tərtibatı, aktyorların geyimi eləcə də bədii cəhətdən tam fərqlidir. Tamaşanın sonunda yeni ilin simvolullarl olan Şaxta baba və Qar qızın  balacaların görüşünə gəlməsi onları sevindirir.

Əli Oruclu tamaşaçı:Tamaşaya gəldim qar qıza, şaxta babaya baxdım, xoşuma gəldi. Çox gözəl keçdi.

Mədinə İmaməliyeva tamaşaçı:Tamaşaya gələndə buranı çox xoşladım. Yeni il üçün olan bu tamaşada qarqız, şaxta baba olduğu üçün gözəl keçdi. Tamaşaçı xoşladım

Elvin Alnağıyev aktyor:Mən bu tamaşada şah rolunu oynayıram. Bu şah uşaqları sevindirən, zarafatcıldı. Yeni janrda olan bu tamaşada uşaqları gözləyirik gəlsinlər baxsınlar şad olsunlar.

Nağıllar əsasında hazırlanan tamaşada gənc nəsildə vətənpərvərlik, qəhrəmanlıq müsbət keyfiyyətlə aşılanır. Tamaşa eyni zamanda ətraf regionlarda da oynanılır.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:Bizim teatrının aktyorların bir qrupu artıq regionlarda da Göygöldə, Şəmkirdə, Gədəbəydə də bu tamaşalar təqdim olunmaqdadır. Xüsusi ilə biz çalışırıq ki, tamaşada olan personajların geyimindən tutmuş səhnə tərtibatına qədər hər bir şey bədii cəhətdən nə qədər fərqli olarsa bu tamaşaçıları o qədər çox cəlb edər.

Gəncə Dövlət Kukla Teatrı isə bayram günlərində balacaları “Buz sarayı” adlı yeni il tamaşası ilə sevindirir. Teatrın rejissoru Şamil Məmmədlinin hazırladığı bu səhnə əsərinin dekorator rəssamı Sara Məmmədova,  işıq üzrə rəssamı isə Taleh Ələkbərovdur. Əsas rollarda Səməd Xanəhmədov, Nərmin Şərifova, Elmar Vəliyev və digər aktyorların rol aldığı bu tamaşa bir-birini əvəz edən macəralı səhnələrlə və rəngarəng musiqilərlə zəngindir.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Bu tamaşamızda zalda əyləşən tamaşaçılarımız bir başa bizim nağılın iştirakçısına çevriləcək. Onlarda bir başa kralın qızı ilə bərabər Buz saraya doğru gedirlər, hətta elə olur ki, onlar zalda əyləşən uşaqlardan bir neçəsini özləri ilə bərabər səhnəyə qaldırır və onlarla birlikdə oynayırlar.

Şamil Məmmədli quruluşçu rejissor:Rejissor kimi hər zaman olduğu kimi çalışıram ki, balaca tamaşaçılarımız özləri ilə yaxşı əməllər aparsınlar. Hər zaman olduğu kimi xeyirlə şəri burada qarşılaşdırmışıq. Xeyirin şər üzərində qələbəsini vermişik.

Gəncə Dövlət Dram Teatrında nümayiş olunan “Yeni il möcüzəsi” adlı tamaşası yanvarın 7-nə kimi gündə 4 seans, Gəncə Dövlət Kukla teatrında təqdim edilən "Buz sarayı" isə yanvarın 6-na kim gün ərzində 4 dəfə nümayiş olunacaq.