Göygöl rayon mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. 1991-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əvvəl Naxçıvanda, sonra isə bütün Azərbaycanda qeyd edilən Həmrəylik Gününün əhəmiyyətinə toxunulub. Azərbaycanın dünyada yaşayan soydaşlarımızın bahid vətəni olduğuna, vahid amal uğrunda diaspor təşkilatlarının fəaliyyətinin təşkilinə diqqət çəkilib. Dünyada yaşayan azərbaycanlıların keçirilən qurultaylarının işlərin koordinasiyalı şəkildə təşkilində roluna diqqət çəkilib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilərn siyasətin həmrəyliyi daha da möhkəmləndirdiyi vurğulanıb. Tədbir Şaxta Baba və Qar qızın maraqlı çıxışları, rayon musiqi kollektivlərinin və yerli incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam edib.
- Baxış: 636