KepezTV Player
Ölkədə dekabrın 28-də bütün hüquqi xidmətlər pulsuz olacaq. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.Həmin gün ilk dəfə olaraq vəkillər günü kimi qeyd ediləcək. Anar Bağırov pulsuz hüquqi yardım aksiyasının əhatə dairəsindən də danışıb.
Anar Bağırov Azərbaycan Vəkillər Kollegiyasının sədri:28 dekabr tarixində ölkəmizin bütün vəkil qurumlarında pulsuz hüquqi yardım aksiyayı keçiriləcək. bütün aztəminatlı,imkansız ,hüquqi yardıma ehtiyacı olan şəxslərə həmin gün vəkillər kollegiyasının Bakıda və regionlarda yerləşən qurumlarında pulsuz hüquqi yardıma əlçatımlıq əldə edəcəklər. Bu yolla biz vətəndaşlarımıza xidmət göstəririk,onların problemlərinin həllində öz töhvələrimizi vermiş oluruq.
- Baxış: 238