• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 24.12.2019 20:37

Rezidenturaya qəbulla bağlı yeniliklər

KepezTV Player

Əvvəllər rezidenturaya baza imtahanı mart-aprel aylarında, ixtisas imtahanı isə iyul ayından sonra keçirilirdi. Dövlət İmtahan Mərkəzi isə təklif edib ki, baza fənləri üzrə imtahanlar daha tez verilsin. Bu barədə Mərkəzdə rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında məlumat verilib. Əsas dəyişiklik isə ondan ibarətdir ki, artıq baza imtahanından məqbul alan tələbə bu nəticə ilə bir neçə il ixtisas imtahanı vermək imkanında olacaq. Dəyişikliklər gələn ildən etibarən tətbiq olunacaq.

Natiq Əliyev DİM-in şöbə müdiri: Bu imtahanın ütünlüyü ondan iarətdir ki, nəticələr 5 il qüvvədə olacaq. Yəni bu il 4-cü kursda təhsil alan tələbə baza fənləri üzrə imtahanı verib məqbul alırsa artıq 6-cı kursda bu imtahanı yenidən verməyə ehtyac qalmayacaq.Yalnız onlar ixtisas fənnləri üzrə imtahanı verib müsabiqə şərtlərinii ödəyirsə rezidenturaya qəbul olacaq.