• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 17.12.2019 20:32

Kənd təsərrüfatının ümumi istehsal həcmi 7 faizdən çox artıb

KepezTV Player

2019-cu ilin  yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə  7,1 faiz artıb. Kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 6.2 faiz təşkil edib. Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq konfransda deyib. Nazir iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri, quraqlığa və xəstəliyə davamlı yeni toxumların yetişdirilməsi məsələsinə də toxunub.Konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev arıçılığın gələcək inkişafı ilə bağlı görülən işlərdən danışıb.

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri: arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir. Bu sahədə azərbaycan arıçılıq assosiyasiyası ilə əməkdaşlıq edilir. Onlara bal meşələrinin salınması üçün yerlər ayrılıb. Meşə bərpa tədbirləri çərçivəsində BP-ilə birlikdə Samuxda 65 hekda ərazidə arıçılıq layihəsi həyata keçirilir.