Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Gəncədə ulu öndərin abidəsini önündə izdiham müşahidə edilib. Şəhər sakinləri və rəsmilər dahi şəxsiyyəti dərin ehtiramla yad ediblər. Mərasim iştirakçıları Ümummilli liderin Gəncənin baş meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə hörmət ifadə ediblər.
Anım mərasimində iştirak edən ziyalılar, şəhər sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar. Mərasimindən sonra şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və rəsmilər Gəncənin baş meydanında yerləşən Miniatür Kitab Müzeyi və Uşaq Kitabxanasına baş çəkiblər. Burada Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunan fotostendə baxış keçirilib. Məktəblilərin təqdimatında Ümummilli lider Heydər Əliyevə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.
- Baxış: 928