İstirahətə gedəndə,evdə dincələndə kitab həmişə bizə yoldaşlıq edir.Kitab bizə düzgün yol göstəririr intelektimizin formalaşmasında əvəzsiz rol oynayır.
Kitab təfəkkürümüzü qidalandıran, insanı şəxs kimi yetişdirən ən yaxşı dostdur. Ən gözəl intelektual istirahət hesab olunan oxumaq sizi çox fərqli insana çevirir. Dünyanı əvvəl olduğundan başqa cür dərk etməyə başlayırsız. Zəkanız kəskinləşir, beyin gücünüz artır. Əlavə olaraq öyrənəcəyiniz sonsuz bilgilərə, heç vaxt getmədiyiniz yerləri təsəvvürünüzdə canlandırmağa şərait yaradır.
Tədqiqatların nəticəsi olaraq, oxumağın təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil, eləcə də insan sağlamlığı üçün də böyük faydaları olduğu məlim olub. Hətta cəmi 6 dəqiqə kitab oxumaq stresi 3 dəfəyə qədər azaldır.
Sevindirici haldır ki, ötən illərə nisbətən kitabsevərlərin, oxuyanların sayı artır. Elə gənc yazıçılar da artır, bir birindən gözəl kitablar nəşr olunur.
Kitab oxuyursuzmu? Hansi janra üstünlük verirsiz? Son oxuduğunuz kitab? Son zamanlarda ən çox oxunan kitablar dedektiv janrında olanlardır.
Kitab bilik mənbəyidir. Bu mənbədən qidalanmaq bir vətəndaş kimi formaşmağımıza böyük kömək olar. Kitab oxumağı bir ənənə halına gətirin oxuyun və ən əsası oxudun.
- Baxış: 362