• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 16.10.2019 20:02

Seçki hüququ üzrə təlimlər davam edir

KepezTV Player

Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə Mərkəzi Seçki Komisiyası tərəfindən aşağı seçki komisiyaları üçün nəzərdə tutulan üç günlük kurslar Goranboyda da keçirilir. 96 saylı Goranboy dairə seçki komisiyasında təşkil olunan marifləndirici kurslarda dairə üzvləri ilə yanaşı məntəqə sədrləri də iştirak edib. Təlim zamanı seçki siyahılılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasında təhlükəsizliyin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Orqanlarının rolu barədə ətraflı məlumat verilib. Analoji tədbir 97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komisiyasında da davam edir. Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablnaması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən danışılıb. Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə iştirakçılar məlumatlandırılıb

Adil Rzayev - MnSK sədri: Belə təlimlərdə iştirak etmək bizə olduqca müsbət təsir edir. Bizim hər birimiz bu təlimlərdə iştirak etməklə proqramları dərindən öyrənirik. Həmçinin bu təlimlərdə iştirak etməklə seçki qanunlarındakı yeniliklərdən də xəbərdar oluruq.

Faiq Məhərrəmov - 97 saylı DSK-nın sədri: Seçkilərdə dairə seçki komisiyalarının hətta əhalinin belə marifləndirilməsi onların öz seçki hüquqlarından istifadə etməsi üçün vacibdir. Bütün seçicilər üçün münbit şərait yaradılıb ki, öz istədikləri namizədlərə səs versinlər. Ona görədə son illər seçki dairələrindən və seçki məntəqələrindən şikayətlər minumuma enibdir.