Gəncədə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırovın iştirakı ilə sakinlərin növbəti səyyar qəbulu olub. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılması üçün müvafiq tapışırıqlar verilib. Ara küçələrin asfaltlanması, gecə işıqlanma sisteminin qurulması, çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, uşaqlar üçün oyun meydançalarının yaradılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Şəhərdə olan təhlükəli ağacların kəsilməsini, Vəli Xuluflu küçəsi və Məhsəti qəsəbəsinin nəqliyyat probleminin aradan qaldırılması da xahiş edilən məsələlərdən olub. “AzTelecom” internet provayderinin zəif işləməsindən də şikayətlənənlər olub. Görüşdə qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsi də müzakirə olunub. Sakinlərə hazırda Kəpəz və Nizami rayon icra hakimiyyətlərində bu iş üzrə çalışan komissiya yaradıldığı və mövcud problemin aradan qaldırılması istiqamətində iş aparıldığı barədə məlumat verilib. Sakinlər öz şəxsi problemlərini də dilə gətiriliblər.
- Baxış: 679