Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Tovuz rayonunda fəaliyyət göstərən mütəxəssisləri təsərüffatlarda profilaktik yoxlamalar aparır. Lazımi preparatlar, peyvəndlər, müalicə və dezinfeksiya vasitələri ilə təmin olunan baytarlar heyvanları peyvənd etməklə yanaşı təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər də aparırlar.
Tovuz rayon Baytarlıq İdarəsinin həkimləri iri buynuzlu heyvanları dabaq əlehinə peyvənd edir. 15 baytar sahə məntəqəsinin həkimləri tərəfindən xırda davarlar arasında da peyvəndləmə aparılır. Məqsəd rayonda epizootik durumu sabit saxlamaqdır.
Gülməmməd İmamverdiyev - Tovuz Rayon Baytarlıq İdarəsinin rəis müavini: Qarayara dabaq bruselloz çiçək xəstəliklərinə qarşı peyvəndlənmə aparmışıq. İndi yenə dabaq xəstəliyinə qarşı peyvəndləmə işi aparırıq.
Proflaktik tədbirlər zamanı təsərrüfat sahibləri ilə marifləndirici söhbətlər də aparır. Qış mövsümündə heyvanların saxlanma şəraiti və yemlənməsinə düzgün əməl edilməsi tövsiyyə edilir.
Habil Rüstəmov - təsərrüfat sahibi: Vaxtlı-vaxtında peyvəndini edirlər. Hamısı öz qaydasındadır. Ona görə də gördüyünüz kimi bir dənə xəstə heyvanımız yoxdur. Ölənimiz yox itənimiz yox. Hamısı yerli yerindədir. Yaxşı balalar almışıq. Hamısı həkimlərin məsləhəti ilə olub.
Elbəyi Quliyev - təsərrüfat sahibi: Yemimiz çiyidimiz hər şeyimiz var. Hər şeydən bolluqdur. Həkimlər də vaxtlı-vaxtında gəlib iynəsini vurur.
Rayonda 46 min baş iri, 238 min baş xırda davar bəslənilir. Yoxlamalar zamanı mal-qara arasında ciddi yolxucu xəstəliklər aşkarlanmayıb.
Natiq Hüseyn
- Baxış: 852