• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 15.10.2019 16:20

Baş konsul Azərbaycana təşəkkür etdi

KepezTV Player

“9 oktyabr tarixində Türkiyə Silahlı Qüvvələrinin tərəfindən “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının əsas məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, mülki insanları terror hücumlarından qorumaqdır”. Bu sözləri Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk KİV nümayəndələri ilə görüşdə deyib. Bu günə qədər ümumilikdə 120 kilometr ərazisinin terrorçulardan azad edildiyini vurğulayan baş konsul antiterror əməliyyatının terrorçu PKK qruplaşmasının Suriyadakı qollarının bölgədəki demoqrafiyanı pozmasının qarşısını almağa yönəldiyinə diqqət çəkib. Suriyanın ərazi bütünlüyünü qorumaq və terrordan təmizlənən bölgələrə suriyali qaçqınların yerləşdirilməsinə hesablanan əməliyyata Azərbaycanın verdiyi dəstək yüksək qiymətləndirilib.

Zəki Öztürk - Türkiyənin Gəncədəki Baş konsulu: Mən buradan əməliyyatların başlamasından bu yana bizlərə dəstəyini bəyan edən qardaş, bir millət iki dövlət olan Azərbaycana minnətdarlığımızı bildiririk.