KepezTV Player
"Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə kişilər arasında XXVII Azərbaycan Super Liqası start götürüb.Çempionatın açılış matçında "Zirvə Astara" və "Gəncə" komandaları üz-üzə gəlib. Oyun Astara kollektivinin 77:56 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, region klublarının da qatıldığı Super Liqada 8 komanda mübarizə aparacaq. Ötən illərlə müqayisədə çempionatda yeni reqlament tətbiq olunub. Komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcək, daha sonra hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.
Azad Rəfi
- Baxış: 487