KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 2 oktyabrda dənizə çıxmış 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 7 oktyabrda saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti - Neftçala rayon sakinləri - 39 yaşlı Valeh Babayev, 44 yaşlı Elbrus Cəfərov, 48 yaşlı Aqil Əhmədov xilas edilib və dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gəminin bortuna götürülüblər. Balıqçılara ilkin tibbi yardım göstərilib, isti geyim və qida ilə təmin olunublar. Üzmə heyətinin digər üzvü Neftçala rayon sakini Vurğun Quliyevin axtarışları hələlik nəticə verməyib.
- Baxış: 502