KepezTV Player
Gəncənin mərkəz hissəsində yaşayan sakinlər öz problemlərini və təkliflərini şəhər icra hakimiyyəti başçısına çatdırıblar. Növbəti dəfə təşkil olunan vətəndaş qəbulunda sakinlər işlə təminat, torpaq sahəsinin verilməsi, dam örtüklərinin və yolların təmiri, eləcə də digər məsələlərlə bağlı müraciətlərini dilə gətiriblər. Müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi qəbulda sakinlərin tələb və təklifləri dinlənilib və bəzi məsələlər yerindəcə öz həllini tapıb. Digər problemlərin həlli üçün isə adiyyatı qurumlara tapşırıqlar verilib.
- Baxış: 344