Ölkə başçısının sərəncamı ilə Gəncədə iki müəllim "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa bir pedaqoq əməkdar müəllim fəxri adına layiq görülüb. Ötən tədris ilində təhsilin inkişafında göstərdiyi xidmətlərə görə 30 nəfər müəllim Gəncə şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib. Bu fikirlər Gəncədə 5 oktaybr Beynəlxalq Müəllimlər günü münasibəti ilə keçirilən görüşdə səsləndirilib. Şəhər üzrə 46 orta ümumtəhsil məktəb və 3 internat tipli gimnaziyada ümumilikdə 41 min 296 şagirdə 3824 pedaqoqun dərs keçir. Bu müəllimlərdən də 400 nəfərə yaxını gənclərdir. Ötən tədris ili isə Gəncə şəhər təhsili üçün uğurlu olub. Belə ki,ali təhsil ocaqlarına qəbul göstəricisi 60 faizdən çox təşkil edib. Sonda bir qrup pedaqoqa hədiyyələr təqdim edilib.
Sevinc Ələkbərova - Tərəqqi medalı alan müəllim :Bu adı mənə xəbər verəndə çox sevindim. Yəni bu hissi izah etmək çox çətindi. Təbii ki, bu bütün Gəncə təhsil işçilərinin işinə verilən bir qiymətdir. Buna görədə bütün təhsil işçilərini təbrik edirəm.
Aybəniz Mövsümova - Əməkdar müəllim: Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görüldüm. Təşəkkür edirəm. Bundan belə qalan ömrümüdə ləyaqətlə vətən balalarının yetişməsinə sərf etməyə hazıram. Çox sevinirəm, bu hissi hamı kimi məndə yaşayıram.
- Baxış: 670