• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 04.10.2019 20:08

Samux və Göygöldə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub

KepezTV Player

Samuxda 9 min şagirdin təlim-tərbiyəsi ilə 1307 müəllim məşğul olur. Fənn kurikulumlarının tətbiqinə başlanandan indiyədək 100-dən çox müəllim treninqlərdə iştirak edərək müvafiq sertifikat alıb. Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış ediblər. Bu barədə Samuxda müəllimlərin peşə bayramı günü ilə əlaqədar keçirilən tədbirdə danışılıb. 35 məktəbin fəaliyyət göstərdiyi rayonda bu il 302 məzundan 171-i tələbə adını qazanıb. Yüksək nəticələrin əldə edilməsində müəllimlərin müstəsna roluna toxunulub. Bunun müqabilində müəllim əməyinə yüksək dəyər verildiyi, 10-dan çox təhsil işçisinin dövlət tərəfindən müəxtəlif orden və medallarla təltif edildiyi vurğulanıb. Bu il onların sırasında daha bir nəfər daxil olub. Samux şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Zübalə Məmmədova əməkdar müəllim adına layiq görülüb. Tədbirdə qabacıl təhsil işçilərinin bir qrupu fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Gülağa Hüseynov - Samux Rayon Təhsil Şöbəsinin  müdiri: Bu il Samux rayonunda 7 və 8-ci siniflər üzrə 3 təmayül sinif açılıb. Biz ən yaxşı müəllimləri həmin siniflərə cəlb etmişik. İnanırıq ki qarşıda duran hədəflərə catacağıq.

Göygöl rayonunda isə 50 məktəbdə 10 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 2 minə yaxın müəllim məşğul olur. Dövlətin bu sahəyə qayğısı nəticəsində təhsildə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Rayonda müəllimlər gününə həsr edilən tədbirdə buraxılış və qəbul imtahanlarında müəllimlərin səyi nəticəsində yüksək göstərici qazanıldığı vurğulanıb. Son illərdə dövlət tərəfindən rayonda 10 yeni məktəb binası inşa olunub, bir neçə  məktəb binası isə əsaslı təmir edilib. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi rayonda təhsilin inkişafında mühüm rol oynayıb. Geridə qalan illər ərzində Göygöldə əməkdar müəllim fəxri adı, orden və medallarla təltif edilənlərin sayı artıb. Sonda qabaqcıl müəllimlərə fəxri fərmanlar təqdim olunub.

 

Natiq Hüseyn