• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 03.10.2019 19:04

Qazaxdan olan çağırışçılar hərbi xidmətə həvəslə yollanıblar

KepezTV Player

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq gənclərin ordu sıralarına yola salınması davam edir. Qazax rayonundan olan çağırışçılar da hərbi xidmətə böyük həvəslə yollanırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən təşkil edilən  təntənəli mərasimin iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı və müdafiəsi uğrundan canından keçən mərd mübarizlərin məzarını ziyarət ediblər. Çağırışçılara nümunəvi xidmət etməyi və Azərbaycan əsgəri adını şərəflə daşımağı tövsiyyə edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesində qazanılan uğurlardan danışıb. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərə diqqət çəkilib. Çağırışçılara şərəflə xidmət etmək, nizam-intizamlı olmaq, vətənin keşiyində ayıq-sayıq dayanmaq arzu edilib.  

Almaz Əhmədova valideyn: Bu gün çox sevinirəm. Qürurla deyirəm ki oğlum sağ-salamat böyüyüb vətəninə xalqına xidmət etmək üçün əsgəri xidmətə gedir. Gün o gün olsun  işğalda olan torpaqlarımız azad olunsun.

Qalib Tağıyev valideyn: O torpaqları qorumaqda hər birimizin haqqı var. Mən özüm 23 il o formanı geyinib xidmət etmişəm. Bu gündə xidmət etməyə hazıram.

Tədbir şən mahnı və rəqslərlə davam edib. Gənclərin valideynlərlə  birlikdə rəqsləri tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Çağırışçılar Azərbaycan Silahlı Qüvvələri sıralarına xidmətə yollanmaları ilə fəxr etdiklərini vurğulayıblar. Hərbi xidməti məsuliyyətlə başa vuracaqlarını söyləyiblər.

Fəqan Nəsibov çağırışçı: İndi hamımız bilirik ki bizim 20 faiz torpaqlarımız işğal altındadır. Ali Baş Komandınımız əmr versin gedib o işğal altında olan torpaqlarımızı azad edək.

Gülalı İsazadə çağırışçı: Bu gün mən və məni kimi gənclər çağırış üçün gəlib. Hər kəs sevinclidir. Biz Azərbaycan gəncləri Ali Baş Komandınımız cənab İlham Əliyevin əmrini gözləyirik ki öz torpaqlarımızı azad edək.

Sonda çağırışçılar üçrəngli bayrağa ehtiramlarını ifadə edərək ordu sıralarında xidmətə yola düşüblər.

Natiq Hüseyn