• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 02.10.2019 18:59

Müalicəvi bitkilər...

KepezTV Player

Ölkəmizdə yetişdirilən bəzi bitkilərin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir dövrdə də öz əhəmiyyətini itirməyib. Heç təsadüfi deyil ki, bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan tibb işçiləri də bu gün onun əhəmiyyətini təsdiq edir.

Azərbaycan florasının zənginliyi insanlara bitkilərdən bir çox məqsədlər üçün istifadə etmək imkanı yaradır. Xüsusi əhəmiyyətə malik müalicəvi, dərman əhəmiyyətli bitkilər məhz bu qəbildəndir. İnsanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliklərin müalicəsində istifadə ediblər. Belə xüsusiyyətə malik 1545 növdə bitki var ki, bunlar da Azərbaycan florasına daxil olan ümumi bitkilərin 34,3 faizini təşkil edir. Hansı ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir.

Şəhla Verdiyeva - həkim: Sağlam insanlar üçün bəzi bitkilərin müalicəvi təsirləri var. Xüsusilə, aloe və rozmer iltihab əleyhinə təsirləri güclüdür. İmmun sisteminin güclənməsi və bəzi bakteraiyalar infeksiyaların sağalmasında istifadə oluna bilər. Yaralar üzərində yandırıcı təsirə malik olduğu üçün masaklar, kremlər və yaxud suspenziyalar şəklində istifadəsi doğrudur. Həkim nəzarəti altında daxilə qəbul oluna bilər.

Günümüzdə müalicə əhəmiyyətli dərman bitkilərinə olan təlabat gül salonlarında onların satışının vacibliyənə təsir edən amillərdəndir.

Rövşən Ağazadə - sahibkar: Müalicəvi bitkilərimiz var. Aloe, razmarin və kalanxoy. Hər birinin faydasını saymaqla bitməz. Dəmləməsi öskürəyi aradan qaldırır, həmçinin revmatizmanın müalicəsində faydalıdır. Aloedən fərqli olaraq, kalanxoy bitkisinin faydaları haqda çox az insan məlumatlıdır.

Dərman bitkiləri arasında xüsusi populyarlıq qazanan aloe ağıziçi yaraların yaxşılaşmasında, həzm sistemi problemlərin həllində mühim əhəmiyyətə malikdir. Bununla belə, allergiyaya həssas insanlar onu həkim tövsiyəsi olmadan istifadə etməsələr yaxşıdır. Çünki bir çox sağlamlıq problemlərinin həllində əvəzsiz rola malik şəfalı bitkilər heç də hamı üçün faydalı deyil.

Şəhla Verdiyeva - həkim: Müalicəvi bitkilərdən istifadə şəkli və istifadə edəcək insanın sağlamlığı önəmldiir. Çünki hər kəs üçün istifadə olunması tövsiyyə olunmur. Qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən insanlar həkim konsultasiyası olmadan hansı bitki olursa-olsun onları istifadə etməməlidir. Çünki faydasındna çox, zərər verə bilər. Qastereontroloji problemləri olmayan insnalar müəyyən miqdar çərçivəsində, dozaya nəzarət şərti ilə dəmləmə şəklində daxilə qəbul edə bilərlər.

Sözügedən bitkilərin satışı həyata keçirilərkən alıcıya müfəssəl məlumat verilir, xüsusi qulluq qaydaları izah olunur.

Rövşən Ağazadə - sahibkar: Müalicəvi bitkilər də otaq bitkilərindən sayılır. Onlar xüsusi qulluq tələb edən bitkilərdir. Yerlərini düzgün seçmək lazımdır. Günə qarşı həssas bitkilərinin günün çox düşdüyü yerə qoyduqda yarpaqda defektlər əmələ gəlir. Bəzi bitkilərə kölgəyə qarşı həssadır, gün sevir. Bunlar mütləq nəzər alınmalıdır.))

İstənilən bitkini alarkən ona düzgün qulluq barədə məlumatlı olmaq əsas nüanslardandır. Ən azından həmin bitkidən daha çox istifadə və fayda götürmək üçün....

 

Nazənin Zaman