Gəncədə sərnişindaşımada müşahidə edilən problemləri hələ ki, yoluna qoymaq mümkün olmur. Yolları treklərlə səhv salan sürücülər, idarə etmək hüququ olmadığı halda sükan yoldaşını əvəz edənlər, harda gəldi avtobus saxladan sərnişinlər, propanla işləyən ictimai nəqliyyat vasitələri problem yaratmaqla yanaşı təhlükəyə də əsas yaradır. Ancaq bu dəfəki sujetimizin istiqaməti sadalananlardan əlavə intervalı olduqca böyük olan avtobus xəttləri barədədir.
Yeni dərs ilinin başlanması ilə ölkənin ikinci böyük şəhərində yenidən canlanma müşahidə olunur. Bu canlanma bir tərəfdən yaxşı hal olsa da digər tərəfdən köhnə problemləri yenidən üzə çıxarır. Hansı ki, həmin problemlərin əsasını məhz içtimai nəqliyyat təşkil edir.
Şəhərin müxtəlif ərazilərinə iri və xırda tutumlu avtobuslarla sərnişin daşıyan sürücülərin hansı cədvəllə fəaliyyət göstərməsi hələ də naməlum olaraq qalır. Bəzi xəttlər üzrə avtobusların ara tezliyi normal olsa da dəqiqələrlə dayanacaqlarda nəqliyyat vasitələrini gözləməli olan sərnişinlər də var.
Sakin: 27 dəqiqədir mən burada durmuşam. 17 saylı marşrutu gözləyiərm ki, gəlsin mən avtovağzal tərəfə gedim. 27 dəqiqədir yoxdur.
Sakin: Dəmir yolunun altına 1 nömərli marşrut gec gəlir. Azdır marşrut.
Sakin: Ən çox 25-15 nömərli marşrutlar gec gəlir.
İctimai nəqliyyatdan gündəlik istifadə edənləri sükan arxasında telefonla danışan, siqaret çəkən, kobud rəftarı ilə seçilən sürücülərin varlığı da narahat edir. Özləri ilə yanaşı sərnişinlərin də həyatını təhlükəyə atan belə sürücülərin bəhanələri də hərəkətlərinə uyğundur.
Sakin: 2 nömrəli marşrutla bazara gedirdim. Mən minəndə sürücü telefonla danışırdı. Bazara çatana qədər telefonla danışıb. Danışır camaatın danışdığını eşitmir. Kim düşmək istəyir heçnə eşidilmir.
Sürücü: Mən dayanacağa girmişdim. Ona görə danışırdım. Bunu çəkməyin ey qardaş, Üçtəpə camaatını qoymurlar bazara girməyə onu çəkin.
Sakin: Elə olur ki, mən bala Bağmana getməli oluram. 31 nömərli marşrut gec gəlir. Gələndə də sürücülər deyir ki 15 nömrəli marşrut bizi işləməyə qoymur.
Şəhərdaxili sərnişin daşımada mövcud olan digər problem nizamsız hərəkət və harada gəldi avtobusu saxlamaqdır. Digər hərəkət iştirakçılarına da maneçilik törədən belə hala elə şəhərin mərkəzində hər gün şahidlik etmək mümkündür.
Şəhərin mərkəzində yaşanan mənzərə heç də ürəkaçan deyil. İctimai nəqliyyat vasitələrinin ikinci xəttdə dayanaraq sərnişinləri düşürüb mindirməsi hər an qəza şərait yaradır.
Sürücü: O maşını indi orada dayancaqda əyləyiblər. Mən ona görə belə çıxmalıyam. Neyniyim indi mən. Sahibi yoxdur yəqin ki harasa gedib. Mənim belə hərəkət etməyim onunla bağlı idi.
Yaşanan mənzərədən cavabdeh şəxslərin xəbərdar olması da heç nəyi dəyişmir. Amma Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsində problemlərin həlli ilə bağlı iş aparılır. İlin sonunadək şəhərdaxilində mövcud olan xırda tutumlu avtobulsarın yenilənməsi də dəqiqləşib. Bundan sonra sözügedən digər problemlərdə mərhəli şəkildə aradan qaldırılacaq.
Ruslan Paşayev - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma Idarəsinin hüquqşünası: Gündəlik idarəmiz tərəfindən reydlər keçirilir. Ay ərzində 100-ə a yaxın belə uyğunsuz halların qarşısı alınır və daşıyıcı sahibkara bununla bağlı xəbərdarlıq göndərilir və dərhal tədbir görülür. Bir sürücü bir halı ikinci dəfə təkrar edəndə həmin sahibkardan həmin sürücünün xəttdən kənarlaşdırılması tələb olunur.
Gün ərzində Gəncədə 37 marşrut üzrə xəttə buraxılan 280 avtobusdan istifadə edən minlərlə sərnişinə xidmət baxımından vəziyyətin düzəlməsi ilin sonuna qədər mümkün ola bilər. Əgər sahibkarlar yeni nəqliyyat vasitələrinin sükanını etibar etdikləri sürücülər də qaydalara əməl etsə.
Natiq Hüseyn
- Baxış: 896