• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 30.09.2019 19:26

Uşaq endokrinologiyası

KepezTV Player

Endokrinologiya əhali tərəfindən ən az əhəmiyyət verilən, amma ən çox diqqət yetirilməli olan sahələrdəndir və bu problem müasir dövrün aktual xəstəlikləri sırasında yer alır. Ölkədə bu xəstəliyin diaqnozu qoyulan, bu problemdən əziyyət çəkən insanların sayının artması da bunu təsdiqləyir. Sözügedən problem son illər yetkinlik yaşa qədər olan uşaqlarda da rast gəlinir.

Endokrinologiya hormonları öyrənən elmdir. Bütün bədənimizə təsir edən hormonlar mikro elementlərdir ki, bunlar qanda hərəkət edərək orqanlarımızın funksiyalarını tənzimləyir və normal işləməsinə gətirib çıxarır.

Ziya Qurbanov - uşaq endokrinoloqu: Əvvəlcə Azərbaycan ən çox bilinən tibb bir diabet xəstəliyi, ondan sonra hipotroid, zob deyə tanınan xəstəlik, hipertroidi xəstəliyi, yəni troid vəzinin sürətli işləməsinə səbəb olan bir vəziyyət. Daha sonra boy qısalığı, boy uzunluğu, daha sonra böyrəküstü vəz çatışmazlığı, rashtizm xəstəliyi, d vitamini xəstəliyi bu xəstəlikləri öyrənən elmdir.

Həkimin sözlərinə görə, Amerika, Avropa ölkələrində bu sahə üzrə tarama testləri var. Tiroid tarama testi adlanan bu üsul yeni anadan olan uşaqların zəkalarında hər hansı problemin olub-olmadığını müəyyən etmək üçün istifadə olunur. Əgər körpədə hər hansı bir problem aşkarlanarsa, sözügedən hormonların müalicəsi gecikdirilərsə, yeni doğulan uşaqda zəka geriləməsi problemi meydana gələr.

Ziya Qurbanov - uşaq endokrinoloqu: Uşaq doğuldu, doğulan kimi dabandan qan alınır və tiroid hormonuna mütləq baxılır və bir aydan gec olmadan müalicə başladılmalıdır ki, əgər belə bir xəstəlik varsa, gələcəkdə zəka geriliyinə səbəb olmasın.

Ziya Qurbanov - uşaq endokrinoloqu: Uşaq doğuldu, deyək ki, tarama testi baxılmadı, hipotiroid olub-olmadığı bilinmir, bu zaman nə etməli ? Qəbzlik,boyun uzanması, kilosu, hərəkətləri yavaşlanmağa başlayır və uşağa baxdığın zaman refleksləri alınmır. Məsələn hərəkət refleksləri, tutma refleksi olsun uşaqlarda zəif olur.

Sağlam gələcək üçün uşaqların sağlamlığı son dərəcə vacibdir. Odur ki, mümkün problemlərin vaxtında aşkarlanması üçün balacaların müntəzəm olaraq mütəxəssis müayinəsindən keçirilməsi tövsiyə edilir.