Gəncədən gecə saatlarında Bakı istiqamətinə avtobus xəttə buraxılması sərnişindaşımada artıma səbəb olacaq. Digər vacib olan məqam təhlükəsiz mənzil başına çatmaqla bağlıdır ki, bu da reysi həyata keçiriəcək yeni avtobuslar sayəsində mümkün olacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən oktyabrın 1-dən gecə reyslərinin bərpa edilməsi ilə bağlı qərara əsasən Gəncə Beynəlxalq avtovağzalından Bakı istiqamətinə hər gün saat 22:30-dan 01:30-dək avtobusların hərəkət qrafiki tərtib edilib. Bu intervalda 4-5 iri tutumlu müasir tələblərə cavab verən avtobuslar xəttə buraxılacaq. Saatından asılı olmayaraq sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün avtovağzal tərəfindən mütəmadi olaraq işlər aparılır.
Namiq Həsənov Gəncə Beynəlxalq Avtovağzalının rəisi: Avtobuslar çox yüksək səviyyəli avtobuslardır. Son model avtobuslardır. Camaatın və sürücülərin rahatlığı üçün şərait normaldır. Ümumiyyətlə avtovağzal səhər saat 06:00-dan gecə saat 01:30-ə qədər fəaliyyət göstərəcək. Biletlər əvvəlcədən həm gündüz həm də gecə reyslərinə satış həyata keçiriləcək.
Natiq Hüseyn
- Baxış: 1451