Sənət təbiətdən sonsuzluğa atılan addımdır. Əsrlərdir incəsənətin hər növünü eşitsək də onun sirləri haqqında elə də məlumatımız olmayıb. Hər peşənin olduğu kimidə Təsviri İncəsənətin öz sirləri var. Qarşıdakı süjetdə bu sənətə maraqdan və onun yaşadılmasından danışılacaq.
Təsviri sənət incəsənətin bir növüdür. Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək, yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı və insanın bədii yaradıcılığına bağlıdır. Təsviri sənətə - rəsm; - qrafika; - boyakarlıq; - heykəltaraşlıq; - dekorativ tətbiqi sənət; və memarlıq kimi qollardan ibarətdir.
Mobil Qarayev - təsviri incəsənət müəllimi, rəssam: Təsviri İncəsənət bizim həyatımızda hər şeydən inarətdi. Həyatda rastlaşdığımız hər bir şeydə rəssam nümünəsi var . Bizi əhatə hər şeydə tarixdə belə rəssamlıq nümunəsi var.
Təsviri incəsənət ibtidai icma quruluşu dövründə meydana gəlib. O dövrün insanları öz düşüncə və bacarığlarını, dini inanclarını, həyat tərzlərini qaya üzərində, mağaralarda təsvir etməyə çalışıblar. Məhz bu qrafik cizgilər və işarələr ilk təsviri sənət nümunələrinə aid edilir. Günümüzdə isə bu sənət orta və ali məktəblərlə yanaşı, bir çox təhsil mərkəzlərində fənn olaraq ayrıca tədris olunur.
Raqif Hüseynov - Təhsil Mərkəzinin direktoru: Biz Təhsil Mərkəzi olaraq Təsviri İncəsənətə xüsusi yer ayrırıq çünki cəmiyyətin formalaşmasında təsviri incəsənət mühim rol oynayır.
Təsviri İncəsənətə maraq da yetərincədir. Xüsusən də rəssamlığa uşaqların həvəsli münasibəti diqqətçəkir.
Nigar Paşazadə - tələbə: Uşaq vaxtından oyuncaqlarımı qoyub onların şəkillərini çəkirdim. 4 cü sinifdən artıq qərar aldımki böyüyəndə kim olacam memar olmağı istədim və başladım bu üzrə öyrənməyə.
Təsviri incəsənətlə məşğul olan insanlarda fitri istedad məhz bu sənət vasitəsi ilə üzə çıxır və müəyyən peşə sahibi olanda bu sənətdən öyrəndiklərini öz işlərində təsvir edirlər. Bu daha uğurlu karyera üçün imkan yaradır. əldə etmiş olurlar. Məşhur rəssam və heykəltaraş Pablo Pikasso demiş - Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın.
- Baxış: 856