Latviyanın “Kamolinş” milli rəqs ansambılı Şəmkirdə geniş konsrt proqramı ilə çıxış edib. Maraqlı rəqslər və ifalar yerli publika tərəfindən maraqla qarşılanıb. Ansambl üzvləri ilə konsertə gələn rayon sakinlərinin rəqsi isə gecəni daha da yaddaqalan edib. Konsert çərçivəsində Azərbaycan-Latviya ikitərəfli əməkdaşlığından da söz açılıb. Gecənin qonaqları sırasında olan Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançsa Şəmkirin iqtisadi imkanları, istehsal və emal müəssisələri, aqrar sektorda artan templər, mədəni həyatı barədə məlumat verilib. İkitərəfli münasibətlər çərçivəsində gələcəkdə Latviyalı iş adamlarının Şəmkirə səfər etməsinin vacibliyi vurğulanıb.
Daynis Qarançs - Latviyanın Azərbaycandakı səfiri: Şəmkirlə tanışlıqdan və burada olmağımdan olduqca məmunam. Rayonun imkanları yüksəkdir. Şəmkir təmiz, səliqəli və gözəl bir rayon kimi yaddaşıma həkk oldu. Azərbaycanla Latviya arasında mövcud olan isti münasibətlərdən yararlanaraq sahibkarın iş birliyini qurmaq olar. Xüsusi ilə Şəmkirdə mövcud olan balıqartırma müəssisəsi mənim diqqətimi cəlb etdi. O böyük müəssisədir və ölkəniz üçün çox fayda verə bilər.
Natiq Hüseyn
- Baxış: 522