Gəncədə soyuqdəymə, qrip, zökəm və digər respirator xəstəliklərlə bağlı həkimə müraciətlərin sayı ötən illə müqayisədə nəzərəçarpacaq qədər azdır. Həkimlərin sözlərinə görə, xəstəliyə yoluxmanın əsas səbəbi dəyişkən hava və buna uyğun olmayan gündəlik geyim formasıdır. Xüsusən də azyaşlılar və ahıl insanlarda bədən müqavimətinin az olması onlar üçün bu xəstəlikləri daha təhlükəli edir. Lakin gündəlik həyatımızda bəzi məqamlara diqqət etməklə həm payızı, həm də qış mövsümünü sağlam başa vura bilərik. Bunun üçün tərkibi vitaminlərlə zəngin olan qidalarla qidalanmaq, gigiyenik normalara əməl etmək əsas şərtdir.
Şirin Əhmədova həkim:Bildiyimiz kimi virus infeksiaları soyuğa daha davamlıdı. Bunun üçün onlardan törənən xəstəliklər qış mövsümündə daha çox artır. Qrip viruslarını ən yaxşı məhv edən sabundur. Bunun üçün xüsusən də valideynlərə demək istəyirəm ki, gün ərzində ən azından 5-6 dəfə uşaqların əllərini sabunla yusunlar. Və evdə qrip virusuna yoluxan xəstə varsa, həmin adamdan uzaq durmaq lazımdır.
- Baxış: 485