• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 25.09.2019 19:48

Yol nişanının tələbəni pozan sürücülər cərimələnir

KepezTV Player

Gəncədə avtomobillərin nizamlı hərəkətini təmin etmək üçün yeni yol nişanları qoyulub. Hələlik əsas küçə və prospektlərdə qoyulan yol nişanlarının tələbinə çox az sayda sürücülər əməl edir. Bu səbəbdədən də yol polisi əməkdaşları sözügedən ərazilərdə müvafiq tədbirlər həyata keçirir. Növbəti marifləndirici tədbirdə əməkdaşımız Natiq Hüseyn də iştirak edib.

Gəncə şəhərində su və kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədər olaraq Əttarlar və Həsən Əliyev küçələrindən istifadə etməli olan sürücülər alteranativ yollardan istifadə etməli olurdular.

Ötən müddət ərzində şəhərin mərkəzində tıxac yaranmaması üçün Heydər Əliyev prospektindən Şeyx Bahəddin küçəsinə sola dönməyə müvəqqəti olaraq icazə verilmişdi. Artıq Həsən Əliyev və Əttraflar küçəsində qazıntı işləri tam yekunlaşıb. Küçələrə yeni asfalt örtük çəkilərək gecə işıqlandırma dirəkləri də qoyulub. Bu üzdən də həm piyada, həm də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün Heydər Əliyev prospektindən Şeyx Bahəddin küçəsinə dönməyə icazə verən nişan götürülüb.  

Gördüyünz kimi Heydər Əliyev prospektinin bu hissəsində avtomobillərin düzünə hərəkətini bildirən yol nişanları qoyulub. Ancaq təssüflər olsun ki, bəzi sürücülər bu nişanın tələbinə əməl etmir.

Müvəqqəti xarakter daşıyan nişanın yenisi ilə əvəzlənməsinə məhəl qoymayan sürücülərlə Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının marifləndirici söhbəti onları cərimə olunmaqdan azad etməyə yönəlib. Şeyx Bahəddin küçəsində aparılan çəkiliş də onu göstərir ki, yeni işaverici nişanın tələbinə əməl etməyənlər yetərincədir.

Sürücü: Yol nişanını təzə qoyublar. Gəlsin nişanı görsətsinlər. İndi biz nə bilək. Təzə qoyublar gündə bir nişan dəyişirlər. Dünən dönmək var idi. Bu gün dönmək yoxdur.

Sürücü: Qabaq döndüyüm yerdi. Yəqin təzə qoyublar.

Yol Polisi isə sürücülərə xəbərdarlıq edir. Yollarda diqqəti əldən verməyərək həm təhlükədən, həm də cərimədən yaxa qurtarmaq olar.   

Elşad Məmmədov  - Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı: Hər bir avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini nişanın tələbə ilə idarə etməlidir. Tərəfimizdən yeni yol nişanları qoyulmuş və sürücülərə 2-3 gün əvvəldən xəbərdarlıq edilib. İndi isə barələrində tədbir görülür.

Bir qayda olaraq nişanın tələbini pozan sürücüləri 40 manat cərimə gözləyir. Keçidlərdə piyadaya yol verməyən sürücülər, eləcə də nəzərdə tutulan yerlərdən keçməyən piyadalar da marifləndirici söhbətlərdən nəticə çıxarmasa əllərini ciblərinə salmalı olacaqlar.

 

Natiq Hüseyn