• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 25.09.2019 16:25

Gənclər üçün sahibkar olmaq fürsəti

KepezTV Player

Gəncədə üç ölkənin birgə təşkilatçılığı ilə Gənclər Arasında Sahibkarlığın Təşviqi adlı tədbir keçirilib. Azərbaycan, Gürcüstan və Ukraynanın ictimai birlikləri tərəfindən təşkil olunan marifləndirici tədbirin əsas məqsədi Şərq Tərəfdaşlı ölkələrində gənclərin sahibkarlıq potensialının üzə çıxarılmasına kömək göstərmək və gənclər arasında işsizliyin minimuma endirilməsinə nail olmaqdır. Bu məqsədlə hər üç ölkədə gənclərin liderlik xüsusiyyətləri, bilik və bacarıqlarını inkişafı metodları, gənc sahibkarlara dövlət dəstəyinin verilməsi, bu istiqamətdə müxtəlif tədris proqramlarının icrası və müxtəlif təcrübələrin öyrənilməsini nəzərdə tutan layihələr icra olunacaq. 18-30 yaş arası gəncləri əhatə edəcək layihəyə, könüllü olaraq Fransa, İtaliya və Polşalı gənclər də dəstək olur. Təlimlər 2020-ci ildə başa çatacaq.

Olya Kovalenik - layihənin Ukrayna üzrə nümayəndəsi: Biz bilirik ki, gənclər əsasən öz bizneslərini inkişaf etdirmək üçün böyük çəhərlərə üz tutmalı olurlar. Lakin bizim əsas məqsədimiz hər üç ölkədə regionlarda yaşayan gənclərin öz şəhər və rayonlarında biznes uğurlarını qazanmağa dəstək olmaqdır. Bu Azərbaycanda Gəncə-Qazax bölgəsi gənclərini, Gürcüstanda İmereti regionun, Ukraynada isə Vinisya regionundan olan gəncləri əhatə edəcək. Bunun rellaşması üçün biz avropanın bir neçə ölkəsindən partnyorlarda cəlb etmişik. Onların təcrübəsindən istifadə etməklə hər üç ölkə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına nail olmaq istəyirik.