• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 24.09.2019 20:35

Gəncədə ehtiyat su anbarı tikilir

KepezTV Player

Yeni ehtiyat su anbarı şəhərin Əbululla Gəncəvi küçəsində istismar müddətini başa vuran su anbarının yerində inşa olunur. Köhnə su anbarının söküntüsünə avqustdan başlanılıb və işlər başa çatıb. Layihəyə görə tikinti işlərinə oktyabırın ortalarından başlanılacaq. Ehtiyat su anbarının uzunluğu 54, eni 24 və hündürülüy isə 5 metrdən artıq olacaq. Bundan başqa anbar üçün yardımçı otaqlar da tikiləcək. İşlərin 2021-ci ilin əvvəlinə tam yekunlaşdırılması planlaşdırılır.

Orxan Abdullayev layihənin baş topoqrafı:Biz artıq ümumi tutumu 5 min kub su tutumu olan su anbarı inşa etmişik.  Gəncə şəhərinin su təchizatı və kanalzasiya layihəsiinin dördüncü mərhələsi çərçivəsində işlərimiz artıq yekunlaşıb. Lakin əlavə tapşırıqlar çərçivəsində şəhərin bir neçə bölgəsinin şəbəkəsi və su təchizatının yenidən rurulması zərurəti yarandı. Hərbi şəhərcik və hərbi şəhərciyin ətrafında olan yaşayış massivi eləcədə Qırımızı kənd qəsəbəsi, İsmət Qayıbov, Ozan və Təbriz küçələrini birləşdirən yaşayış massivində su təchizatı və kanalzasiya şəbəkəsinin qurulması tərəfimizdən həyata keçiriləcəkdir.

Bununla paralel olaraq şəhərin Süleyman Rəhimov küçəsində kanalzasiya şəbəsinə boru xəttinin qoşulması üçün yeni texnalogiya ilə mikrotunel də qazılır. Bu xətt üzrə işlər Almaniya texnalogiyası ilə həyata keçilir. Yerin altı ilə heç bir dağıntı olmadan kanalzasiya xətti çəkilir. Müasir texnikanın hərəkətinə komputer vastəsi ilə nəzarət olunur.

İslam İsmayılov işçi: Katlavan qazılır və texnika ora endirilir. Həmin texnika yerin altında qazır və o yuxarıdan idarə olunur. Hər bir beton borunun endirilmsəi, quraşdırılması idarə olunur. Bu katlavandan birisi o birisinə çıxışı olur.

Gəncədə su-kanalizasiya şəbəkəsinin yenilənməsi layihəsinin dördüncü mərhələsinin icrasına 2017-ci ilin mayında başlanılıb və bu vaxtadək Şəmkirçay, eləcə də Qızılqaya su mənbələrindən şəhərə 820 mm-lik polad boruların çəkilişi tam yekunlaşıb. Şəhərin ən böyük prospekt və küçələrinə 710 mm-lik politilen borularla magistral kəmərlər də çəkilib. Paralel olaraq iriölçülü qidalandırıcı su xətlərinin, əsas su kollektoru və kanalizasiya xətlərinin çəkilməsi işləri da başa çatıb.