Gəncədə vətəndaşların müraciəti əsasında, evlərin və binaların qarşısında olan çoxillik, inkişaf dövrünü başa vuran ağaclar zərərsizləşldirilir. 10 Saylı Ərazi Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin və şəhər yaşıllaşdırma şöbəsinin birgə çeçirdikləri monitorinq nəticəsində şəhərin müxtəlif ərazilərində inkişaf dövrünü başa vuran 110 ağac aşkar edilib. Gəncənin Mahrasa Bağı yaşayış massividə belə ərazilərdəndir. Ötən əsrin 80-ci illərində əkilən ağacların vəziyyəti insanlara sərinlikdən çox zərər verəməyi vəd edir. Ötən il yaşıllaşdırma idarəsi bu kimi 130 ağacı kəsərək ərazidən götürüb. Bu il isə şöbənin əməkdaşları 145 ədəd zərərsizləşdirilməsini həyata keçirib. Ilin sonuna kimi daha 140 ağacın kəsilməsi icra olunacaq. Zərərsizləşdirilən ağacların yerinə Xan çinar və Eldar şamı əkilir.
Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: Təhlükəli ağaclar əsasən qovaq cinsli ağaclardı. Bunlar əsas təhlükə yaradan ağaclardı. Bundan başqa şeytan ağacıdı ki bunların götürülməsi birinci növbədə həyata keçirilir. Çoxmərtəbəli binaların qarşısındakı ağaclarla bağlı mənzil istismar sahələrinin hər biri şəhər ekologiya idarəsinə müraciət edib. Bu gündən etibarən biz həmin ərazilərə baxış keçirib, həmin binalarda yaşayanlara təhlükə törədən ağacların zərərsizləşdirilməsini həyata keçirəcəyik.
- Baxış: 1646