İmişlidə polis əməkdaşları can qurtarıblar. Övladı ilə birlikdə özünü çaya atmaq istəyən qadını asayiş keşikçiləri son anda xilas ediblər.
Hadisə İmişlidə Araz çayının üzərində yerləşən körpüdə baş verib. İmişli sakini 1979-ci il təvəllüdlü Samirə Həsənova övladı, 2011-ci il təvəllüdlü Elsəvər Məmmədovla birlikdə Araz çayı üzərindən keçən körpüyə yaxınlaşıb. Bu zaman onları ərazidə xidmət aparan polis nəfərləri görüb. Öncə avtomobil yolu ilə gedən şəxsləri polis əməkdaşı Rövşən Ağayev piyada zolağına yönləndirib. Daha sonra ananın hərəktələri şübhə doğurduğu üçün polis onları müşahidə altında saxlayıb. Eyni zamanda xidmət yoldaşı polis nəfəri Taleh Əmirova da məlumat verib.
Ana və övladı posta gətirilib. Daha sonra aidiyyatı quruma məlumat verilib. Hadisəyə səbəb kimi qadının ailəsində olan münaqişə göstərilir.
- Baxış: 554