Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü Şəmkir rayonunda təntənə ilə qeyd edilib. Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən “Böyük Yol” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirilən “Milli musiqimiz -sərvətimizdir” adlı tədbirdə çıxış edənlər Üzeyir Hacıbəylinin ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Üzeyir Hacıbəylinin, Azərbaycanın və dünyanın tanınmış bəstəkarlarının əsərləri ifa edilib. Milli rəqslər və musiqi nümunələri maraqla qarşılanıb. Bayram tədbirində həmçinin sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı hazırlanan videoçarx təqdim olunub.
Kənan İbrahimov - Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru: Tədbirimizdə gənclərimizin ifasında musiqi incilərimizlə yanaşı yeni bir layihəmizin təqdimatıda keçirildi. Layihənin məqsədi xüsusi kateqoriyadan olan sağlamlıq imkanları məhdud həmçinin aztəminatlı ailələrin və tanınmaq imkanları olmayan gənclərin tanıdılmasına içtimai fəaliyyətinə yardım etməkdir.
Natiq Hüseyn
- Baxış: 351