• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1751
— 18.09.2019 17:04

Tovuzlu fermerlər becərdikləri sarımsağa alıcı axtarır

KepezTV Player

Tovuzda sarımsaq satışının zəif olması fermerləri məyus edir. Əvvəllər məhsul yığılan kimi alıcı tapırdısa, indi günlərlə müştəri axtarılır. Hətta qiymətlərin ucuz olması satışı olmayan sarımsağın mal-qaraya yem olmasına gətirib çıxarıb.

Fermerlərin əkdiyi sarımsaq anbarlarda, evlərin çardağında qalıb. Səbəb bir vaxtlar kiloqramı 5-8 manata satlan sarımsağın indi kisəsinin 1 manata satılmasıdır. Təsərrüfat sahiblərinin sözlərinə görə, gün ərzində 30-40 qəpikdən 5-10 kq sarımsaq satanda sevinirlər.

Suliddin Bayramov - fermer: Ancaq indi 30-40 qəpiyə alan da yoxdur. Sarımsaq qapımızda qalıb. Hamısı xarab olur.

Rahimə Quliyeva - fermer: İki il bundan əvvəl yaxşı idi. 5-6 manata satırdıq. Hətta 7-8 manatada qiymətlər qalxdı. İndi iki ildir sarımsaq əkirik pula getmir. 

Sarmısağın toxumu baha başa gəldiyindən və satışında müşahidə edilən ucuzluq məhsulun mal-qaraya yem olmasına səbəb olur. Yaranan vəziyyət fermerlərin sarmısaq əkininə marağını azaldıb.

Suliddin Bayramov - fermer: Saxlayırıq saxlayırıq pula getmir. Aparıb çölə dərələrə tökürük. Heyvanlar yeyir. Ona görə də sata bilmirik. İndi fikirləşirik sarımsaq əkməyək. Görək nə əkəcəyik.

2017-ci ildə Tovuzda 100 hektar sahədə sarmısaq əkilib. Ötən il isə sarımsaqqltı sahə 180 hektar təşkil edib. Məhsul bolluğu isə qiymətlərin  2-3 manat həddində olmasına səbəb olub. Bu il isə  fermerlər cəmi 65 hektarda sarımsaq əksələr də qiymət bir qədər də düşərək 30-70 qəpik arasında dəyişir.

 

Natiq Hüseyn