Bağ sahibləri üzümü dərmək istəmirlər. Məhsul bolluğu bazarlarda üzümün satış qiymətinə təsrisiz ötüşmədiyindən belə vəziyyət yaranıb. Şəmkirin də üzüm bağları məhsuldarlığı ilə seçildiyindən, vəziyyət fermerlərin ürəyincə deyil.
Bu il Şəmkirin üzüm bağlarında məhsul boldur. Ancaq üzümün alıcısının olmaması məhsulun yığılmadan məhv olmasına səbəb olur.
Bir neçə gündür ölkəmizdə üzüm dərimi başlanılıb. Üzümçülüklə bağlı tarixi ənənələri olan Şəmkirdə isə fermerlər üzümü dərməyə tələsmirlər. Səbəb məhsulun alıcısnın olmamaısıdr.
Rayonun Ağlavaşlı kəndində uzun illərdir üzümçülüklə məşğul olan fermerlər deyirlər ki aylaradır çəkiyimiz zəhmət hədər gedib. Belə ki, üzümün maya dəyəri ilə satış qiyməti arasında o qədər də fərq yoxdur. Bağ sahibləri mövcud vəziyyəti üzümə istifadə olunan dərmanların ilbəil bahalaşması ilə əlaqələndirirlər.
Azər Mehtiyev bağ sahibi: Hər il gedirsən dərmanın qiyməti qalxıb. Hamısıda dollarla alınır. Buda üzümün maya dəyərinin baha başa gəlməsinə səbəb olur. Üzümün maya dəyəri gəlir 35-qəpiyə bunuda biz məcburiyytə qarşısında 40-qəpiyə veririk. Uzaq başı 45-qəpiyə satarıq. Oda aparır iki gün bazarda qalır. Bu 40 qəpik 45 qpikdə heçnədir.
Ələddin İbrahimov bağ sahibi: Hələki qiyməti gözləyirik. Heç olmasa ən azından ailəmizin çörək pulu qazancı çıxmalıdır. Bu 40 qpiyə satılmaqla bu ziyandır. Mənə elə gəlir ki növbəti il heç bunu becərməyə dəyməz.
Lətif Mehtiyev bağ sahibi: Dəstək olsa satış olsa yenə artırmaq olar. Onsuzda biz bu işlə məşğuluq. Üzüm əkib üzüm becəririk. Ancaq satşınıda problem olmasa daha yaxşıdır.
Əsasən süfrə sortuna üstünlük verən fermerlər məhsulu əsasən yerli bazarlarda satışa çıxarırlar. Xarici bazara çıxmaq isə sərf eləmir.
Azər Mehtiyev bağ sahibi: Tutaq ki, Rusiyada bir kiloqram üzüm 50 rubldur. Bizim üzüm gedib ora 60-65 rubla çıxır. Biz bunu neçəyə sataq. Belə söhbətlər olub. Ona görə də heç kim girişmir. Heç kim istəmir aparsın. İstəyəndə də elə qiymətə istəyir ki o bizə sərf etmir.
Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə rayonda 556 hektar üzüm bağı var. Ötən il bağlardan 22 min ton üzüm yığılıb.
Natiq Hüseyn
- Baxış: 1041