Gəncə Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri gedir. Tamaşa dövlət sifarişi əsasında hazırlanır və Cəfər Cabbarlının 120 ilik yubleyinə həsr olunub.Əsasən gənc aktyorlarının rol aldığı səhnə əsəri Cəfər Cabbarlının "Dönüş" pyesi əsasında ərsəyə gəlir. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı isə Mirzə Mehdidir. Kollektiv ilk dəfədir ki, aktyorların həyatından bəhs edən bu əsərə müraciət edir. Səhnə əsərinin premyerası sentyabrın sonunda olacaq.
Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:Cəfər Cabbarlının 120 illik yubleyi ilə əlaqədar Respublikada keçiriləcək teatr festivalında nümayiş olunması nəzərdə tutulub. Həmişə aktyor nəslin yetişməsi üçün Cəfər Cabbarlı dramaturgiyası böyük təsir qüvvəsinə malik olub. Bu gündə bu öz təstiqini tapır.
İradə Gözəlova quruluşçu rejissor:Bu əsər kulis arxasında olan hislərdən həyacanlardan bəhz edir. Yenilik ondadır ki, teatrın içində teatrdır. Tamaşaçılar üçün çox maraqlı olacaqdı.
Samir Abbasov aktyor:Problemlər olur ki, işçilər arasında yeni kadr gəlib. Kimsə onla işləmək istəmir, kimsə işləmək istəyir. Bunların hamısını biz tamaşaçıların nəzərinə çatdırırıq.
- Baxış: 508