• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 16.09.2019 20:01

Aşura günü 250 litirdən çox qan toplanıb

KepezTV Player

Gəncədə aşura günü təşkil olunan qanvermə aksiyasında 250 litirdən çox qan toplanıb. Şəhər icra hakimiyyətinin və Mərkəzi Qan Bankının Gəncə bölməsinin birgə təşkil etdiyi aksiyada ümumilikdə 560 donordan qan götürülüb. Laborator yoxlamalardan keçirilən qan nümunələrindən 60-i yararsız hesab edilib. Donor qanları irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların müalicəsinin əsasını təşkil etdiyindən bu kimi aksiyaların təşkili olduqca əhəmiyyətli hesab edilir. Hazırda qərb regionu üzrə 100-dən çox irsi qan xəstəliklərindən əziyyət çəkən xəstə qeydiyyatdadır. Və bu xəstələrin hər biri 15 gündən gec olmayaraq 300 mq-dək qana ehtiyyac duyur. Xəstələri təmin etmək üçün tədarük edilən qan ehtiyatı isə əsasən qanvermə aksiyalarının hesabına ödənilir.

Solmaz Zeylanova - Mərkəzi Qan Bankının Gəncə Bölməsinin həkimi: Bu insanların qana olduqca çox ehtiyyacları var. İl ərzində onlara lazım olan qanı çox çətinliklə tənzimləyirik. Ancaq belə aksiyalar keçiriləndə asan olur. Xəstəyə normal hemoqlabinə çatanadək imkanımız olur ki, gəlsin dəfələrlə qan köçürsün. Başqa vaxtlar çətinlik çəkirik. Aprelin 17-si Hemofiliya günüdür. Həmin günüdə aksiyalar təşkil olunur. Onda da xəstələrə normal qan verə bilirik. Mən buradan insanlara demək istəyirəm ki, 18-65 yaş arası sağlam insanlar hər zaman qanvermədə işltirak etsinlər. Çünki bu insanların qana ömür boyu ehtiyacları var.